SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri birgə təlim keçiriblər

Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri birgə təlim keçiriblər
18-06-2019, 13:40

Ankara şəhərində Azərbaycan, Gürcüstan və Türkiyədən olan xilasedici və yanğınsöndürənlər üçün birgə axtarış-xilasetmə təlimi keçirilib.

NAXCİVANXEBERLERİ.COMxəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Üçgünlük təlimdə zəlzələ və digər təbii fəlakətlər zamanı birgə xilasetmə işlərin aparılması məşq edilib.

Azərbaycan, Gürcüstan və Türkiyə xilasediciləri dağıntılar zamanı axtarış-xilasetmə işləri, avtoqəza zamanı ilkin yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq ediblər.

Təlim iştirakçıları Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) baş çəkiblər. Türkiyəli xilasedicilər azərbaycanlı və gürcüstanlı həmkarları ilə təcrübələrini bölüşüblər və birgə praktiki tapşırıqlar yerinə yetiriblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30