SON DƏQİQƏ

naxcivanxeberleri.com

XİN başçısı: “Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələr ABŞ və Aİ-nin maraqlarına cavab verir”

XİN başçısı: “Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələr ABŞ və Aİ-nin maraqlarına cavab verir”
17-06-2019, 17:30

“Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələr ABŞ, Avropa İttifaqı və qonşu Türkiyənin maraqlarına cavab verir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani “İmedi” televiziya kanalında yayımlanan “İmedi Live” proqramında bildirib.

Nazir Azərbaycanın Gürcüstanın əsas strateji tərəfdaşı olduğunu deyib: “Ərazilərimizin Rusiya tərəfindən işğal altında olduğu bir halda, biz əsas strateji tərəfdaşımızla münasibətlərimizi korlaya bilmərik”.

D.Zalkaliani Gürcüstan-Azərbaycan sərhədinin müəyyən olunması üzrə birgə komissiyanın fəaliyyətinə də toxunub: "İki ölkə arasında sərhədlə bağlı danışıqların öz ardıcıllığı və strategiyası var. Gürcüstan hökumətinin gizli danışıqlar aparmaq niyyəti yoxdur. Sərhəd məsələsi ilə bağlı tərəflər arasında konsensusun əldə olunması çox önəmlidir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031