SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada sanator-kurort müalicələrinə start verilib

Muxtar respublikada sanator-kurort müalicələrinə start verilib
7-12-2018, 17:50

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınan 44 nəfər əlilliyi olan şəxs dekabrın 6-dan Naxçıvanda müalicə kurslarına başlayıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində qonaqlara bu səhiyyə müəssisəsi barədə məlumat verilib. Bildirilib ki, burada sanator-kurort müalicələrinin aparılması üçün hərtərəfli şərait yaradılıb. Digər müalicə üsulları kimi Şorsu palçığının da ilk dəfə tətbiqi öz faydasını verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə istehsal edilən müalicə əhəmiyyətli bu palçıq bu il AMEA Naxçıvan bölməsi tərəfindən qablaşdırılaraq səhiyyə müəssisələrinə,əczaxanalara verilib. Bildirilib ki, Şorsu palçığı vasitəsilə periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadlar müalicə olunur. Sanator-kurort müalicəsi kimi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində oynaq ağrılarının, dəri xəstəliklərinin və digər xəstəliklərin müalicəsində istifadə ediləcəkdir. “Şorsu” müalicəvi palçığından applikasiya və ümumi palçıq vannası şəklində istifadə olunması da mümkündür.

Qonaqlar əsaslı şəkildə yenidən qurulan Duzdağ Fizioterapiya Mərkəzində də ilk müalicə alıblar.Burada tənəffüs yolu, bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb.

Darıdağ Arsenli Su Müalicəxanasında olan əlillər arsenli su vannası qəbul ediblər. Onların revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılıb. Bu müəssisələrdə tibbi prosedurlardan keçən əlillərdən Aybəniz Cəfərova,Elvira Əbdürrəhmanova, Qulu Əsədov, Ramiz Nəcəfov,Yaşar Nuriyev və Svetlana Həsənova məhdud fiziki imkanlı məhdud insanların sağlamlığının qorunması istiqamətində görülən işləri bütövlükdə əhalinin hər bir təbəqəsinin sağlamlığına göstərilən dövlət qayğısının ifadəsi kimi dəyərləndirib və muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Duzdağ Fizioterapiya Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında əlillərin müalicəsi 10 gün davam etdiriləcəkdir.

Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Hüseyn Əsgərov bildirib ki, muxtar respublikada sanator-kurort müalicələrinə start verilməsi mövcud potensialdan hərtərəfli istifadə edilməsinə çox böyük imkanlar açır. Bu, hər bir bölgəsi mineral sular, dərman bitkiləri və digər təbii ehtiyyatlarla zəngin olan muxtar respublikamızda səhiyyə turizminin di inkişafına təkan verəcəkdir. Burada yeni səhiyyə ocaqları ilə yanaşı, təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib və həmin müəssisələr və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyətə başlayıb. Son illər hər iki səhiyyə müəssisəsində aparılan quruculuq işləri, yaradılan şərait müalicəyə gələn yerli əhali ilə yanaşı, xarici turistlərin də sayının artmasına, səhiyyə turizminin inkişafına stimul yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-cı ilin mart ayının 18-də turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə muxtar respublikada müalicə-sağlamlıq turizminin inkişafı məqsədilə Səhiyyə Nazirliyinin qarşısına bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifərdən biri də muxtar respublikanın müalicə turizminin imkanları ilə bağlı təbliğat materiallarının, o cümlədən elektron resurslar hazırlanmasıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi müalicə turizminin inkişafı ilə əlaqədar olaraq Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxansı, müalicəvi Şorsu palçığı və Naftalan nefti haqqında təbliğat materiallarının, o cümlədən elektron resursların hazırlanmasıda bir sıra işlər görmüşdür. Aparılan işlərin nəticəsi olaraq bu il dekabrın 6-dan muxtar respublikada sanator-kurort müalicələrinə start verilib və ardıcıl şəkildə davam etdiriləcəkdir.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30