SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səhiyyə Nazirliyi: Pəhriz və uşaq yeməklərinə dair tələblər təkmilləşdiriləcək

Səhiyyə Nazirliyi: Pəhriz və uşaq yeməklərinə dair tələblər təkmilləşdiriləcək
13-06-2019, 11:30

Səhiyyə Nazirliyinin “Azərbaycanda qida təhülkəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planı təsdiqlənib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu il ərzində “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, sənədə rəy və təkliflərin hazırlanması, eləcə də sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və ya yeni norma və qaydaların hazırlanması nəzərdə tutulub.

Həmçinin ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması da tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930