SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əlilliyi olan 45 nəfər Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb

Əlilliyi olan 45 nəfər Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
7-12-2018, 17:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, fiziki məhdudiyyətli insanlarla əlaqədar aparılan işlərin bir istiqaməti də onların sağlamlığının bərpasına yönəlib.

Müalicəyə göndərilənlərin 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında,10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpasına göstərilən qayğıdan razı qaldıqlarını və səmərəli müalicə kursu keçmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031