SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib-FOTO

Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib-FOTO
4-06-2019, 09:00

Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi Şəxsin həkim briqadası Ordubad şəhərindəki Məhəmməd Füzuli adına internat tam orta məktəbdə şagirdləri kompleks tibbi müayinədən keçirib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, briqadanın üzvləri baş həkim Nihad Seyidov, cərrah Nazim İbrahimov, stomatoloq Pəri Əliyeva, dermatoveneroloq Əsmər Həsənova, otolarinqoloq Zümrüd Cəfərli, oftalmologiya üzrə həkim-rezident Qərənfil Məmmədova, baş və böyük tibb bacıları tərəfindən aparılan müayinələr zamanı xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. On iki uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Diaqnostika-Müalicə Mərkəzinə dəvət ediliblər.

Humanitar aksiya çərçivəsində alınmış şirniyyat məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Publik Hüquqi Şəxsin öz vəsaiti hesabına alınmış idman geyim dəstləri və gündəlik istehlak məhsulları valideynlərindən birini itirmiş 34 şagirdə, bunlarla yanaşı ayaqqabı, alt və üst patlarları isə hər iki valideynini itirmiş 6 şagirdə hədiyyə olunub. Həkim, müəllim və şagirdlər üçün çay süfrəsi açılıb, şagirdlər şən musiqi sədaları altında rəqs ediblər.

Məktəbin müəllimləri və valideynlər şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.

Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib-FOTONaxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib-FOTO
Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930