SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qrip və qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda qrip və qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb
3-06-2019, 12:40

“Hazırda Azərbaycanda qrip epidemiyası sönüb. Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa başlayıb. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu açıqlamasında respublikanın Baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bəzi insanlarda müşahidə olunan öskürəyin səbəbi qriplə əlaqəli deyil: “Bir sözlə may ayının başlanmasından sonra qripdən söhbət gedə bilməz. Olsa da tək-tək olar, ancaq bu qripinin yayılması demək deyil. Çünki bu hal payız-qış mövsümündə özünü göstərir. Həmin dövrdə havalar soyuq keçdiyindən viruslar soyuğa davamlı olur və onların yayılmasına şərait yaranır”.

Mütəxəssis qeyd edib ki, ölkədə qızılca xəstəliyinə tutulma halları da azalıb və tam sönmək üzrədir: “Bu xəstəlik əsasən vaxtı ilə peyvənd etdirməyən 20-40 yaşlı insanlar arasında yayılmışdı. Həmin insanlara da ölkəyə gətirilən vaksinlər vuruldu. Həmçinin vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Hazırda xəstəliyə yoluxma faktları tək-tək hallarda qeydə alınır. Təhlükə hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycanda böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930