SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb

Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb
2-06-2019, 13:00

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə yaranmış ənənə cari ildə də davam etdirilir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Ürək damar cərrahiyyə şöbəsinin müdiri Mirəli Məcidov və ATU Tədris Cərrahiyyə klinikasının Ümumi Reanimasiya şöbəsinin şöbə müdiri Cavid Paşayev may ayında Naxcıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi Şəxsində ezamiyyətdə olublar. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış 4 xəstə üzərində aorta koronar şuntlama əməliyyatları aparılıb və damar dəyişdirilib.

Əməliyyatdan sonrakı mərhələdə ağırlaşma müşahidə edilməyib və xəstələr kardiorenimasiya şobəsindən kardicərrahiyyə şobəsinə köçürülüb. Əməliyyatdan sonrakı müalicə prosedurları həkimlərin nəzarəti altında təyinata uyğun davam etdirilir.
Qeyd edək ki, Naxcivan Diaqnostika Müalicə Mərkəzi kardiocərrahiyyə şöbəsinin müdiri İntiqam Fətullayev və orta tibb heyəti əməliyyatlarda yüksəkixtisaslı həkimlərlə birgə iştirak ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930