SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda səhiyyə xidmətinin əhatə dairəsi genişlənib

Naxçıvanda səhiyyə xidmətinin əhatə dairəsi genişlənib
7-12-2018, 16:54

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq noyabr ayında Şərur rayon Kosacan kənd feldşer-mama məntəqəsinin açılışı olaraq istifadəyə verilib .
Noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, idarə olunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, ilkin vərəm intoksikasiyasını təyin etmək üçün tuberkulin, Azərbaycan Respublikası Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları, Genexpert cihazı (vərəm çöplərinin ilkin təyini) üçün reaktivlər, tibbi materiallar gətirilib.
Ay ərzində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Respublika Xəstəxanasında 109 nəfərdə, Babək Rayon Mərkəzi Xəstəxanasında isə 43 nəfərdə müayinələr, 20 nəfərdə cərrahi əməliyyat aparılıb.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 128 nəfər qadında süd vəzin profilaktik müayinəsi həyata keçirilib, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.
Pediatr, oftalmoloq, stomatoloq, ortaped tərəfindən muxtar respublikanın təhsil müəssisələrində 18 min 340 şagirdin müayinəsi aparılıb, 7 min 56 nəfər dispanser qeydiyyata alınıb.
Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Polikilinikasının lor, nevropotoloq, oftalmaloq, stomatoloq, dermatoloq, cərrah, terapeftdən ibarət həkim briqadası isə Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində, Müəllimlər institutunda, Tibb kollecində, Musiqi Kollecində və Texniki kollecdə 6 min 768 tələbə tibbi müayinədən keçirib, 32 nəfər flüoroqrafik müayinəyə göndərilib, ciddi xəstəlik aşkar edilməyib.
Ay ərzində humanitar tibbi aksiyaların təşkili diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının 32 nəfərdən ibarət həkim briqadası Ordubad Rayon M.Füzuli adına tam orta İnternat məktəbində 46 şagirdi tibbi müayinədən keçirib. Diaqnostika Müalicə Mərkəzinin həkim briqadası isə Culfa rayon Mərkəzi Xəstəxanasında 61 nəfərdə müayinələr, 27 nəfərdə müxtəlif əməliyyatlar aparıb. Ə.Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aztəminatlı ailələrdən olan 8 uşaqda fimoz əməliyyatı icra olunub, həmçinin Xok kəndində 30 nəfər uşaq tibbi müayinədən keçirilib.
Muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqət mərkəzində saxlanılıb. Ay ərzində Tibb Kollecinin 2 müəllim və 10 tələbəsi Ankara Halidə Edib Mesleki Texnik Anadolu Lisesinə, 2 həkim Ərzurum Atatürk Universitetinə, 4 həkim rezident Türkiyə Respublikası Ərzincan Binəli Yıldırım Universitetinə, 2 həkim 1 həkim Bakı şəhərində kursa, 1 həkim Bakı şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməyə, 4 həkim rezident Bakı şəhərində təcrübə keçməyə, 1 orta tibb işçisi Naxçıvan şəhər tibb müəssisələrində iş yerində təcrübə keçməyə, 97 orta tibb işçisi (32 mama, 33 fizioterapevt və 32 vaksinator) Tibb Kollecinə kursa göndərilib.
Ay ərzində ionlaşdırıcı şüa mənbəyi ilə çalışan tibb işçilərinin atestasiyasnda 47 nəfər iştirak edib, onlardan 42 nəfəri uğurlu nəticə qazanıb.
14 noyabr ,,Diabet günü” ilə əlaqədar Bakı Tibb Mərkəzinin həkim endokrinoloqu Rauf Cabbarovun iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda konfrans, 28 noyabr ,,Antibiotiklərə həssaslıq günü” ilə əlaqədar Şərur rayonunda səyyari konfrans, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun və mərkəzin yüksəkixtisaslı həkimlərinin, Türkiyə, Rusiya oftalmoloqlarının iştirakı ilə Naxçıvan Respublika Xəstəxoftalmoloqların XII Beynəlxalq konfransı keçirilib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublika Doğum Mərkəzində yenidoğulmuşların reanimasiyası üzrə üç günlük seminar-treninq təşkil olunub.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən noyabr ayı ərzində 45 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 17 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930