SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusa yoluxanların sayı 621 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 621 milyon nəfərə çatıb
28-09-2022, 19:30

Dünyada koronavirusa yoluxma hallarının sayı 620 980 154-ə çatıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM ayrı-ayrı ölkələrin koronavirusa yoluxma statistikalarına istinadən xəbər verir.

Məlumata görə, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 542 min 165 nəfər COVID-19-dan dünyasını dəyişib. Həmçinin dünyada koronavirusa yoluxmuş 601 milyon 220 min 62 nəfər sağalıb.

Dünyada koronavirusa ən çox ölüm (1 082 030) və yoluxma (97 959 573) ABŞ-da qeydə alınıb. COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan (44 575 473), üçüncü yerdə Fransa (35 238 174, son sutkada daha 73 639 yoluxma), dördüncü yerdə Braziliya (34 681 231), beşinci yerdə Almaniya (33 041 332), altıncı yerdə Cənubi Koreya (24 673 663) qərarlaşıb.

Son sutkada dünyada koronavirusa ümumilikdə 352 963 yoluxma, 570 ölüm qeydə alınıb. Ötən gün daha 395 982 insan COVID-19-dan sağalıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031