SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Doğum Mərkəzində döldə genetik xəstəlikləri göstərən proqramın icrasına başlanılıb

Naxçıvanda Doğum Mərkəzində döldə genetik xəstəlikləri göstərən proqramın icrasına başlanılıb
29-05-2019, 15:28

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ana və uşaqlara göstərilən tibbi xidmətin əhatə dairəsi genişləndirmək üçün mövcud tibbi avadanlıq, cihaz və aparatlardan istifadə metodları ilə müayinə və müalicələrin səmərəliyi yüksəldilir. Həmin tədbirlərin davamı olaraq mərkəzin histoloji laboratoriyasının kompüterinə hamilə qadınlarda gələcək övladın bəzi genetik xəstəliklərlə doğulma ehtimalını müəyyən etmək üçün 2-li və 3-lü araşdırma testləri yüklənib və onun tətbiqinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə əvvəllər Almaniyanın Siemens şirkətinə məxsus lisenziyalı “Prisca” proqramı ölkəmizdə yalnız bir səhiyyə müəssisəsində mövcud idi. Doğum Mərkəzinin də belə bir proqramla təmin olunması Naxçıvan səhiyyəsi üçün əlamətdar hadisədir. Ümumiyyətlə, bu nə üçün lazımdır?

Mərkəzin həkim-laborantı Mirəstə Hüseynova bildirir ki, mərkəzdə əvvəllər Daun, Trisomiya 18 və digər genetik xəstəliklər uşaq doğulandan sonra müəyyən edilirdi. Türkiyəli mütəxəssislər tərəfindən kompüterə yüklənmiş 2-li və 3-lü araşdırma testlərinin tətbiqi isə belə xəstəlikləri döldə müəyyən etməyə imkan verir.

Mütəxəssisin sözlərinə görə, ananın qida ilə yetəri qədər yod almaması doğulan uşaqda trioid vəzisinin hormon çatışmazlığına səbəb olur. Naxçıvan Muxtar Respublikası ərazisində yod elementi nisbətən az olduğuna görə hamilələrə profilaktik yod preparatlarının verilməsinə baxmayaraq yenidoğulmuş uşaqlarda trioid hormon çatmazlığının yaranma riski daha yüksəkdir. Belə halların aşkar edilməsi üçün mütləq yenidoğulmuş uşaqların qanında hormon səviyyəsini yoxlamaq lazımdır. Çünki bu hormonun azlığı uşaqların fiziki və zehni inkişafında çox ağır dəyişikliklər, o cümlədən ağıl zəifliyi, boy inkişafının ləngiməsi, karlıq, uzun müddətli sarılıq, sinir sistemində geriyə dönməyən pozulmalar müşahidə olunur. Ona görə də yenidoğulan uşaqlarda hormonun profilaktik yoxlanılması vacibdir. Əğər bu hormonun dəyərlərində dəyişiklik müşahidə olunarsa belə uşaqlar endokrinoloqun müşahidəsi altında olmalıdırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930