SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qanvermə aksiyası keçirilib-FOTO

Naxçıvanda qanvermə aksiyası keçirilib-FOTO
9-08-2022, 15:14

Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, Aşura günündə ənənəvi olaraq keçirilən qanvermə aksiyası ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, muxtar respublikanın səhiyyə müəssisələrində təşkil olunub.

Aksiya zamanı sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, bütün zəruri tədbirlər həyata keçirilib. Həkim briqadaları əvvəlcə koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün donorları müayinə edib, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Aksiyada, ümumilikdə, 590 nəfərdən götürülən 294 litr qan qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Diaqnostika-Müalicə Mərkəzinin Qan banklarına təhvil verilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930