SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
7-08-2022, 18:00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930