00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Muxtar respublika həkimləri üçün onlayn təlimlər təşkil edilib-FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Muxtar respublika tibb işçilərinin ixtisasları üzrə təkmilləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 23-27 may tarixlərində “Sinir sistemi xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda vebinar təşkil edilib. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi vebinarda Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi və Uşaq Xəstəxanası publik hüquqi şəxslərinin 16-si həkim anestezioloq-reanimotoloq, 8-i isə təcili təxirəsalınmaz tibbi yardım və qəbul üzrə həkimi olmaqla, ümumilikdə 24 tibb işçisi iştirak edir.
Vebinarın keçirilməsində əsas məqsəd həkimlərin sinir sistemi xəstəlikləri zamanı ilkin yardım ilə bağlı biliklərinin təkmilləşdirilməsi və bu sahədə yeni biliklərin əldə edilməsi ilə bağlı müzakirələrin aparılması olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim və orta tibb işçilərinin ixtisaslarına uyğun bilik və bacarıqlarının artırılması, yeni biliklər əldə etmələri məqsədilə mütəmadi olaraq bu cür ixtisasartırma kursları, seminarlar və maarifləndirici tədbirlər təşkil edilir.