SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əhaliyə göstərilən dispanserizasiya xidmətinin vəziyyəti ilə bağlı seminar keçirilib-FOTO

Muxtar respublikada əhaliyə göstərilən dispanserizasiya xidmətinin vəziyyəti ilə bağlı seminar keçirilib-FOTO
25-05-2022, 17:37

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyininiş planına uyğun olaraq “Muxtar respublika əhalisinə göstərilən dispanserizasiya xidmətinin vəziyyətinin daha da yaxşılaşdırılması” mövzusunda seminar keçirilib. Seminarda muxtar respublikanın tibb müəssisələrində çalışan və bu xidmətə nəzarət edək həkim və orta tibb işçiləri iştirak edib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, bu gün Naxçıvanda bütün səhiyyə ocaqları yenidən qurularaq əhalinin istifadəsinə verilib ki, bu da muxtar respublikamızda insan sağlamlığına göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, yaradılan şərait bizə imkan verir ki, əhalinin salamlığına nəzarəti vaxtında yerinə yetirək, xəstələrin dispanserizasiyasını yüksək səviyyədə həyata keçirək. Bu istiqamətdə görülən işlərlə bağlı məlumat verən müavin qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada əhaliyə göstərilən dispanserizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə lazımi tədbirləri həyata keçirir.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiriSüleyman Cəfərov muxtar respublikada dispanserizasiya xidmətinin təşkili məsələləri, verilmiş tapşırıqların icrası vəziyyəti və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, dispanserizasiya əhalinin sağlamlığının qorunması üçün ən vacib profilaktik tədbirlərdən biridir. Əhalinin sağlamlığı üzərində dinamik nəzarət üsulu olan dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən üzə çıxarılması, qeydiyyata alınması, onların müayinə və müalicəsinə nəzarət edilməsi, eləcə də xəstəliklərin yaranması və yayılmasınınqarşısının alınmasıdır. Dispanserizasiya tədbirləri, həmçinin praktiki sağlam hesab olunan insanların müayinəsi, onlarda gizli xəstəliklərin vaxtında aşkar edilməsinə kömək edir.

Qeyd edilib ki, dispanserizasiya xidmətinin icrası müvafiq ixtisaslı dispanserdə və mərkəzlər tərəfindən, həmçinin rayonlarda rayon mərkəzi xəstəxanalarınınn polikilinika şöbəsindəki müvafiq kabinələr, kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer məntəqələri tərəfindən yerinə yetirilir. Şəhər mərkəzində isə bu funksiya Naxçıvan Şəhər Polikilinikası tərəfindən icra olunur.Bildirilib ki, aidiyyatı tibb müəssisələri müvafiq dispanserlər və mərkəzlərlə əlaqələrini daha da yaxşılaşdırmalı, qeydiyyatda olan xəstələr üzərində müayinə və müalicə tədbirləri artırılmalıdır.

Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930