17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
14:12 - Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:08 - Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir-FOTO
Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb
Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Baləkən, Lənkəran, Quba və Qusardan olan vətəndaşlar müraciət edir.
Həkim deyib ki, qeyd olunan xəstəliklər bağlı daha çox əməliyyat göstərişi verilir və zəhərli zob diaqnozu qoyulur.
Mütəxəssis qeyd edib ki, Naxçıvandan gələn pasiyentlərin də sayı üstünlük təşkil edir: “Şimal zonasından gələn pasiyentlərdə düyün və zəhərli zob, Naxçıvandan gələnlərdə isə böyük ölçülü düyünlərə rast gəlinir”.
Nazirlik rəsmisi əlavə edib ki, qalxanabənzər vəzi xəstəliklərinə daha çox qadınlar arasında rast gəlinir: “Çünki hamiləlik zamanı orqanizmə ən çox yük düşən hissə məhz qalxanabənzər vəzi olur”.