10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"
10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"
10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO
10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI
10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO
09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb
09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)
09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)
09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO
09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir
09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO
00:00 - Günün qoroskopu - 03.02.2023
Muxtar respublikada zoonoz infeksiyalara qarşı əks-epidemik tədbirlərin vəziyyəti ilə bağlı monitorinqlər yekunlaşıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, 2022-ci ilin I yarımilinin iş planına uyğun olaraq Muxtar Respublika Dövlət Baytarlıq Xidməti ilə birgə muxtar respublikanın rayonlarında zoonoz xəstəliklərə qarşı əks-epidemik tədbirlərin vəziyyətinin yoxlanılması ilə əlaqədar monitorinqlər aparılıb. Monitorinqin aparılmasında əsas məqsəd, muxtar respublikada iri və xırda buynuzlu heyvanların brüselyoz, qarayaraya kimi xəstəliklərə görə yoxlanılması, vaxtında profilaktik peyvəndlərin aparılması, istehsalat sahəsində və texniki emal müəssisələrində, mövsümi zoonoz infeksiyaların yayılma təhlükəsi olan ərazilərdə, o cümlədən köçəri quşların başqa ölkələrdən qayıdarkən çoxluq təşkil etdiyi ərazilərdə sanitar-baytarlıq tədbirlərinin həyata keçirilməsi olub.
Monitorinqin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini – Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsimovanın sədrliyi ilə Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Sektorunun və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarından ibarət komissiya yaradılıb. Komissiya muxtar respublikada zoonoz infeksiyalara qarşı aparılan profilaktik tədbirlərin icra vəziyyəti və bu sahədə görülən işlərlə tanış olub.
Yoxlamaların gedişində rayonlarda fəaliyyət göstərən ət satışı mağazalarına baxış keçirilib. Baxış zamanı sanitar-gigiyenik və sanitar baytarlıq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər yoxlanılıb, sahibkarlara aşkar olunmuş nöqsanların aradan qaldırılmasıilə bağlı təlimatlar verilib. Brüselyoz xəstəliyi aşkar olunan rayonlarda isə xəstəliyi ehtimal olunan heyvanlardan qan nümunələri götürülərək rayon Gigiyena və Epidemiologiya Şöbəsinin bakterioloji laborotoriyasında yoxlanılıb.
Aparılan monitorinqlər zamanı Babək, Culfa, Sədərək, Kəngərli, Şahbuz və Şərur rayonlarında zoonoz infeksiyara qarşı aparılan əks–epidemik tədbirlərin düzgün şəkildə aparılması qeyd edilmiş, sanitar-gigiyenik vəziyyət tam qənaətbəxş olmuşdur. Ordubad rayonunda rast gəlinən nöqsanlarla bağlı isə sahibkarlara mövcud vəziyyətin aradan qaldırılması və lazımi tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verilmişdir.
Bütün bunlarla yanaşı, muxtar respublika ərazisində kəsilən iri və kiçik buynuzlu heyvanların ətinin satışa çıxarmazdan əvvəl baytarlıq orqanları tərəfındən qarayara xəstəliyinə görə yoxlanması, sağlam mal-qara cəmdəklərinin baytarlıq işçiləri tərəfindən möhürlənməsi də mütəmadi olaraq təmin olunur.
Bu sahədə aparılan tədbirlərin bariz nümunəsidir ki,bu günə qədərki yoxlamalarda muxtar respublika ərazisində brüselyoz xəstəliyi kəskin azalmış,qarayara xəstəliyinə isə rast gəlinməmişdir.