SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qoşqar Təhməzli Özbəkistana işgüzar səfər edib-FOTO

Qoşqar Təhməzli Özbəkistana işgüzar səfər edib-FOTO
12-05-2022, 09:43

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistan kənd təsərrüfatı nazirinin müavini Kaxramon Yuldaşev, Bitki Karantini və Mühafizəsi üzrə Agentliyin rəhbəri İbrahim Erqaşev, Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi sədrinin birinci müavini Şuxrat Cabbarov və Sanitar-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Xidmətinin rəisi Baxadir Yusupaliyevin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə Q. Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaranan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyi, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirən AQTA fəaliyyətini Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Kodeks Alimentarius Komissiyası, Beynəlxalq Bitki Sağlamlığı Konvensiyası Təşkilatı (IPPC) və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr üzərində qurub. Eyni zamanda qida sahəsində idxal-ixrac məsələləri, ticarət dövriyyəsində qida təhlükəsizliyi kimi istiqamətləri diqqətdə saxlayan AQTA-nın fəaliyyət dairəsinə aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də daxildir.

Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib, xüsusən kənd təsərrüfatı məhsullarının idxal və ixracı üzrə nazirliyin işinin digər dövlət orqanları ilə əlaqəli şəkildə qurulması ilə bağlı məsələlər müzakirə olunub.

Bitki Karantini və Mühafizəsi üzrə Agentliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişlə bağlı fikir mübadiləsi aparılıb və sənədin yaxın gələcəkdə imzalanması istiqamətində razılıq əldə olunub. Bundan əlavə, tərəflər arasında birgə fəaliyyət üzrə İşçi Qrupun yaradılması, qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən laboratoriya işinin təşkili üzrə təcrübə və ekspert mübadiləsinin həyata keçirilməsi qərara alınıb. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Özbəkistanın Fitosanitar laboratoriyası və informasiya sistemlərinə baxış keçirilib. Eyni zamanda AQTA-nın fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Özbəkistan nümayəndə heyəti Azərbaycana dəvət edilib.

Özbəkistanın Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsi ilə baş tutan görüşdə isə gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tranzit daşınan heyvanlara müvafiq icazələrin alınması prosedurları, idxal-ixrac üzrə baytarlıq tələblərinin mübadiləsi, baytarlıq sertifikatlarının qarşılıqlı razılaşdırılması və digər istiqamətlər üzrə işin operativ şəkildə qurulması məqsədilə işçi qrupun yaradılması mövzuları müzakirəyə çıxarılıb. Bundan başqa, heyvan xəstəliklərinə nəzarət üzrə beynəlxalq və regional layihə prioritetləri, heyvandarlıq təsərrüfatlarında heyvan xəstəliklərinə dair aparılan nəzarət tədbirləri ilə tanışlıq, virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə heyvan sağlamlığı sahəsi üzrə təcrübə mübadiləsinin aparılması kimi istiqamətlər müzakirə predmeti olub. Eyni zamanda tərəflər epizootiya əleyhinə tədbirlərin planlaşdırılması, icrası və epizootik nəzarətin həyata keçirilməsi, baytarlıq xidmətlərinin özəlləşdirilməsi, heyvan sağlamlığının təmin olunmasında baytarlıq preparatlarından təhlükəsiz istifadə ilə bağlı da fikirlərini bölüşüblər. Bundan əlavə, Özbəkistan Respublikası Baytarlıq və Heyvandarlığın İnkişafı Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən ali təhsil müsəssisələrində azərbaycanlı mütəxəssislərin baytarlıq sahəsi üzrə magistr pilləsində təhsil alması imkanları nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər istiqamətlər, xüsusən virtual formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə təcrübə mübadiləsinin aparılması məsələləri ətrafında da fikirlərini bölüşüblər.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031