SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada tibbi statistikaya dair təkmilləşdirmə kursu başa çatıb

Muxtar respubilkada tibbi statistikaya dair təkmilləşdirmə kursu başa çatıb
16-05-2019, 18:14

Mayın 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin tibbi statistləri üçün keçirilən kurs başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 18 günlük kursda 18 tibbi statist iştirak edib. Kurs müddətində statistik qeydiyyatın və məlumatların işlənilməsi, statistik hesabatların hazırlanması, təşkilat daxilində statistik sənəd dövriyyəsinin, bölmələrdə cari ilin operativ statistik sənədlərinin səmərəli təşkili, səhiyyənin konkret məsələləri üzrə tədqiqat proqramının tərtibi, tibbi statistika üzrə müşavirələrin,məşğələ və seminarlarin aparılması, həftəlik, aylıq, rüblük ilkin statistik informasiyaların təhlili düqqət mərkəzində saxlanılıb.Naxçıvan Tibb Kollecində keçirilən kurs Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və informatika sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva tərəfindən apaılıb. Kursda həmçinin müdavimlərin əsas statistik metodlardan - kombinasiya cədvəlləri, qrafik təsvirlər, dinamikada müqayisələr, standartlaşdırmadan istifadə etməklə, müalicə və profilaktika işinin keyfiyyət göstəricilərini, dispanserləşdirmənin göstəricilərini əldə emək və qiymətləndirmək bacarıqlarının yüksəldilməsi başlıca məqsəd daşıyıb.
Sonda müdavimlərə sertifikatlar təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031