SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar

“Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar
15-05-2019, 19:33

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhərində fəaliyyət göstərən “Bioloji təbabət” klinikası, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Bioloji təbabətin aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev açıb. O bildirib ki, səhiyyə sisteminin günün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial islahatların tərkib hissəsidir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir. Tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir. Həmçinin həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə seminar və konfransların keçirilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən növbəti seminar da həmin tədbirlərin davamıdır.

Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti, biotənzimləyici üzrə ekspert, tibb üzrə elmlər doktoru, professor Fikriyyə İbrahimova çıxış edərək müasir səhiyyə sistemində bioloji təbabətin getdikcə artan rolundan danışıblar. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən “Bioloji təbabət” klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən həmin xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Sonra tədbir iştirakçıları professor Fikriyyə İbrahimovanın “İkinci tip şəkərli diabet və metabolik sindrom:Profilaktika və müalicəsi”,”Oksidativ stres və yüksək dozalıvitamin C ilə infuzion terapiya”mövzularında” mövzusunda mühazirələrini dinləyiblər. Tədbirdə dinləyicilərin sualları cavablandırılıb, onlara bukletlər paylanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031