SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir

Naxçıvanda bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir
15-05-2019, 19:26

Son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində muxtar respublikada epidemioloji sabitlik təmin edilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, yoluxucu xəstəliklərin virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Brusellyoza yoluxmuş insanlar bəzən bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Onların səbəbindən baş verən ağırlaşmalar bir sıra hallarda əlilliyə və ya ölümə də səbəb ola bilir. Odur ki,əhali arasında tibbi profilaktik tədbirlər müntəzəm olaraq davam etdirilməli, geniş səhiyyə maarifi işi aparılmalıdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ötən illərdə olduğu kimi bu il də bruselyoza yoluxmanın qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilir. Növbəti belə tədbir Kəngərli rayon Gigiyena və Epidemialogiya Mərkəzi tərəfindən təşkil edilib və rayon ərazisində marifləndirmə və brüselyoz ocaqlarının aşkar edilməsi işinə başlanılıb. İlk olaraq Şahtaxtı kəndində 50 nəfər şəxs arasında marifləndirmə işləri aparılaraq müayinə olunmaq üçün qan nümunələri götürülüb. Sonrakı mərhələdə nümunələri müsbət çıxan vətəndaşlar Gigiyena və Epidemialogiya mərkəzinə dəvət edilərək müalicəyə cəlb olunacaqlar. Rayonun Baytarlıq xidməti ilə də mütamadi olaraq əlaqə saxlanılaraq brüselyoz ocaqlarının məhv edilməsini və yoluxmanın sıfıra endirilməsi baxımından birgə işlər görülür. Kəngərli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Coşqun Babayev bildirib ki, xəstəlik mənbəyi tapıldıqdan sonra baytarlıq idarəsi ilə birgə həmin mənbə ləğv edilir, təmas qrupu heyvanlar yoxlanılıb profilaktiki peyvəndə cəlb olunurlar. Ət-süd məhsullarının istər topdan, istərsə də pərakəndə satış məntəqələrində sanitar baytarlıq tədbirləri gücləndirilir, termik emalı nəzarətdə saxlanılır. Heyvandarlıq sahəsində iri və xırdabuynuzlu heyvanların bruselyoza görə yoxlanması və həmin heyvanların vaxtında profilaktiki peyvəndlərlə təmin edilməsi də həyata keçirilən birgə tədbirlər sırasındadır.

Zoonoz infeksiyalarının, xüsusilə brüselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri ilboyu davam etdiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031