17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub
16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB
16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”
16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"
15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"
15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Azərbaycanda Koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir
bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda deyilir.
Bildirilir ki, məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılıb. Karantin müddətinə edilmiş dəyişiklikdən irəli gələrək sağalanların sayı bugünkü tarixə 5197 nəfərə çatıb.
"25 yanvar 2022-ci il tarixinə olan məlumata əsasən yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11525 test icra olunub. Nəticədə koronavirusa yeni 2468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir.
Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.
Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırırıq.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - deyə məlumatda qeyd edilir.