SON DƏQİQƏ

17:21 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

naxcivanxeberleri.com

Naxçıvan Karate-do Federasiyasının hesabat-seçki yığıncağı keçirilib-FOTO

Naxçıvan Karate-do Federasiyasının hesabat-seçki yığıncağı keçirilib-FOTO
21-01-2022, 16:00

Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, federasiya nümayəndələri, məşqçi və hakimlər iştirak ediblər. 
Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu  deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd olunub ki, ötən il ərzində nazirlik tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 189 tədbir keçirilmiş, eyni zamanda idmançılarımızın ölkə və dünya səviyyəli yarışlarda qazandığı 27 qızıl, 32 gümüş və 23 bürünc medal Naxçıvan idmanı tarixində medalların əyarına görə qazanılan ən yüksək göstəricidir. Bütün bunlar muxtar respublikada uğurla icra olunan dövlət siyasətinin bariz nümunəsidir. 
Ramil Hacı vurğulayıb ki, muxtar respublika idmanında davamlı inkişaf, qazanılan uğur və nailiyyətlərə baxmayaraq qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilməlidir. Gənc nəslin, əhalinin, xüsusən də sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, bu sahədə kütləviliyin artırılması, idmanın müxtəlif növləri üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışların təşkili, idmançılarımızın irimiqyaslı yarışlarda iştirakı təmin edilməlidir. Xarici əməkdaşlıq əlaqələri artırılmalı, digər ölkələrdə uğurla sınaqdan keçmiş təcrübələr tədbiq edilməli, təcrübəli mütəxəssislərin Naxçıvana dəvət olunması davam etdirilməlidir.  
Karate-do Federasiyasının fəaliyyəti haqqında danışan nazir deyib ki, 2002-ci ildə yaradılan federasiyanın Culfa rayonu istisna olmaqla bütün şəhər və rayonlarda bölmə və qrupları fəaliyyət göstərir. Hazırda 22 qrupda 575  idmançı karate ilə məşğul olur. Karateçilərin ölkə, beynəlxalq, Avropa və dünya səviyyəli yarışlarda iştirakı təmin edilib, nəticələrə əsasən karateçilərimiz Azərbaycan birinciliklərində 20, beynəlxalq turnirlərdə 8, Avropa çempionatlarında 1, dünya çempionatlarında 7 medal olmaqla ümumilikdə 36 medal qazanıblar.
Naxçıvan Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev federasiyanın ötənilki fəaliyyəti barədə hesabat xarakterli məlumatı diqqətə çatdırıb.
Hesabat-seçki yığıncağında federasiyanın yeni sədri seçilib və ictimaiyyətə təqdim olunub. Belə ki, Naxçıvan Karate-do Federasiyasının sədri vəzifəsini Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov icra edəcək. 
Gənclər və idman naziri Ramil Hacı nazirliklə federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların yerinə yetirilməsi, eyni zamanda karatenin inkişafı yolunda yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edərək federasiya sədrini təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. 
Nurlan Pənahov göstərilən yüksək etimada görə Ali Məclis Sədrinə minnətdarlığını ifadə edərək bildirib ki, muxtar respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti idmanın bütün növləri kimi, karatenin də inkişafında özünü göstərir. “Karate-do Federasiyasının kollektivi bundan sonra da qarşıya qoyulan vəzifə və tapşırıqların həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir” deyən  federasiya sədri görüləcək işlərin icrası yolunda məşqçi və idmançılara uğurlar arzulayıb.
Çıxışlardan sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub. 
 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031