SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir

Naxçıvanda bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir
10-05-2019, 18:50

Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki ət və ət məhsullarının satışı mərkəzlərində brusellyoz xəstəliyinə qarşı satıçılarla maarfiləndirici söhbətlər aparılıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, söhbət zamanı ət və ət məhsullarında bu xəstəliyin əlamətləri barədə satıcılara ətraflı məlumat verilib. Eyni zamanda ət və ət məhsullarının satışı mərkəzlərində bruselyoz xəstəliyinə qarşı dezinfeksiya işləri görülüb.

Naxçıvan Muxtar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Zakir Cəfərov bildirib ki, bu iş hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da davam etdirilir. Əhali arasında müşahidə olunan zoonoz infeksiyalarının, xüsusilə bruselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri aparılır, xəstəliyin yoluxma yolu və mənbəyi araşdırılır. Xəstəlik mənbəyi tapıldıqdan sonra baytarlıq idarəsi ilə birgə həmin mənbə ləğv edilir, təmas qrupu heyvanlar yoxlanılıb profilaktiki peyvəndə cəlb olunurlar. Ət-süd məhsullarının istər topdan, istərsə də pərakəndə satış məntəqələrində sanitar baytarlıq tədbirləri gücləndirilir, termik emalı nəzarətdə saxlanılır. Heyvandarlıq sahəsində iri və xırdabuynuzlu heyvanların bruselyoza görə yoxlanması və həmin heyvanların vaxtında profilaktiki peyvəndlərlə təmin edilməsi də həyata keçirilən birgə tədbirlər sırasındadır.

Zoonoz infeksiyalarının, xüsusilə brüselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri bundan sonra da davam etdiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031