SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda humanitar tibbi aksiya

Babək rayonunda humanitar tibbi aksiya
10-05-2019, 18:30

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqamətini də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin, eləcə də ucqar sərhəd və dağ məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edərək əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin nişanəsi olan Babək Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Pubik Hüquqi Şəxsin 34 həkim və tibb işçisi ötən şənbə bu səhiyyə müəssisəsində humanitar tibbi aksiya keçirib. Həkim – cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, Məhəmməd Vəliyev, Nazim İbrahimov, Əsmər Həsənova, Zümrüd Cəfərova, anestezioloq Ənvər Şıxəliyev və başqalarının səyi ilə 30 cərrahi müayinə, o cümlədən 21 göz, 10 dəri-zöhrəvi, 15 LOR, 35 fimoz, 5 hemorroidoektomiya əməliyyatı aparılıb, əhaliyə zəruri tibbi xidmət göstərilib. Xəstəxanada növbəti spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr palatalara köçürülüb, bir günlük müşahidədən sonra evlərinə buraxılıb.

Pubik Hüquqi Şəxsin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

Belə humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031