SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda tibbi aksiya keçirilib

Ordubad rayonunda tibbi aksiya keçirilib
14-01-2022, 23:30

Muxtar respublikada şəhid və aztəminatlı ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası onlara ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir. Yanvarın 14-də keçirilən növbəti aksiyasının ünvanı  Ordubad  rayonu olub. Rayon Mərkəzi  Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq 57 nəfərin siyahısı hazırlanıb və xəstəxanaya dəvət edilib. Onlar heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıblar.  

Axşam saatlarınadək davam edən aksiyada 44 uşaq dini qaydalarımıza görə əməliyyat edilib.  Şəhid ailəsindən olan 2 nəfər  fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün stasionara dəvət edilib.

Valideynlərdən  Arif Pirimov, Aygün Quliyeva  göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib və  bütün bunları qazilərə, şəhid və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.  Onu da qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Xəstəxanasının 2021-ci ildə Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq əhalinin sağlamlığının qorunması və xroniki xəstəliklərin tibbi müayinə vasitəsilə vaxtında aşkarlanması və onlara yerindəcə tibbi yardımın göstərilməsi məqsədilə yaradılmışdır həkim briqadaları 23 aksiya çərçivəsində 1277 nəfəri hərtərəfli tibbi müayinələrdən keçirmiş, təyinat və məsləhətlər verilmişdir. Bu müayinələrdə 77 şəhid ailəsinin 259 nəfər ailə üzvü, 207 evdə baxıma ehtiyacı olan, 58 Qarabağ müharibəsi qazısı, ildə 2 olmaqla Ordubad internat məktəbində 92 uşaq, 1 Çernobıl iştirakçısı, 845 digər müayinəyə ehtiyacı olan şəxslər keçirilmiş, təyinat və məsləhətlər verilmişdir. 115 uşaqda sirkumsiziya, 5 şəhid ailəsinin uşağı olmaqla, 1 varikosele, 2 qaşıq yırtığı, 2 lipoma, 1 ateroma olmaqla 6 xəstədə cərrahi müdaxilə, 1 şəhid ailəsinin üzvü öd daşına görə cərrahi müdaxilə, həmçinin 8 şəhid ailəsi hərtərəfli tibbi müayinə, 1 şəhid ailəsi ginekoloji müayinə, 5 şəhid ailəsi MRT müayinələrindən keçirilmişdir. Həmçinin 2 şəhid ailəsinə alt və üst çıxan protez, 1 şəhid ailəsi eynəklə təmin olunmuşdur. 14 fevral 2021-ci ildə 12 nəfərdən ibarət həkim və orta tibb işçisi briqadası Babək rayonunun Vayxır, Hacıvar, Qahab, Gülşənabad kəndlərində bə Babək şəhərində yaşayan 6 nəfər Qarabağ müharibəsi qazısını müayinə etmişdir.  Bildirək  ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da ilboyu davam etdiriləcək. 

  Hüseyn ƏSGƏROV

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31