SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada COVID-19-dan ölüm halları artıb

Dünyada COVID-19-dan ölüm halları artıb
8-12-2021, 14:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 29-dan dekabrın 5-dək dünyada koronavirus infeksiyasından ölüm hallarının 10% artdığını qeyd edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə məlumat təşkilatın epidemioloji bulletenində əks olunub.

Bildirilir ki, göstərilən müddət ərzində koronavirusdan oləmlərin sayı 52,5 min nəfər olub.

Artım daha çox Cənub-Şərqi Asiya (49 faiz) və Amerikada (38 faiz) qeydə alınıb.

COVID-19-a yoluxma halları da qlobal miqyasda artıb, lakin bu artım cəmi 2 faiz təşkil edib. Xəstəliklərin sayında ən çox artım Afrikada baş verib, burada rəqəm 79 faizi artıb.

Ümumilikdə, son bir həftə ərzində 4 105 073 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, 52 641 nəfər isə dünyasını dəyişib. Yoluxanların 99,8 faizində "delta" ştammı aşkarlanıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31