SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST

"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
29-11-2021, 14:11

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hələ ki, "omikron" ştammının koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumatı yoxdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil qərargahının yeni ştammla bağlı yenilənmiş məlumatlarında deyilir.

Məlumatda bildirilir: "Omikron" ştammının "delta" variantı da daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan keçən) olub-olmadığı hələ aydın deyil".

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31