SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST uşaqlarda COVID-19-dan sonra yaranan fəsadların müalicəsinə dair tövsiyələr dərc edib

ÜST uşaqlarda COVID-19-dan sonra yaranan fəsadların müalicəsinə dair tövsiyələr dərc edib
24-11-2021, 17:17

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşı 18-ə qədər olan uşaqların multisistem iltihab sindromunun xəstəxana şəraitində müalicəsinə dair yeni tövsiyələr dərc edib.

NAXCİVANXEBERLERİ.COM qurumun saytına istinadən xəbər verir ki, araşdırmalarda 885 pasiyent iştirak edib.

Bildirilib ki, 19 yaşdan aşağı uşaq və yeniyetmələrdə COVID-19 ilə bağlı multisistem iltihab sindromu bir neçə orqanının zədələnməsinə gətirib çıxarır. Bu, nadir, lakin çox təhlükəli xəstəlik olsa da, xoşbəxtlikdən, onun müalicəsi var. Bu sindromdan əziyyət çəkən uşaqlara peşəkar səviyyədə yardım göstərmək, onları intensiv terapiya palatasına yerləşdirmək tələb olunur. Belə uşaqlara vaxtında kömək göstərilsə, onlar tam sağalırlar.

ÜST mütəxəssisləri bu sindromu ilk dəfə 2020-ci il may ayında tədqiq ediblər. Bu xəstəliyin simptomları azı üç gün davam edən qızdırma, səpgi, irinli olmayan konyunktivit, selikli dəri qatının iltihabı, yüksək qan təzyiqi, insult və başqa əlamətlər şəklində təzahür edir. Bundan əlavə, uşaq və yeniyetmələrdə qarın ağrısı, qusma, qarın işləməsi kimi hallar yarana bilər. Ən çox yayılmış risk amilləri piylənmə, ağciyərlərin və tənəffüs yollarının xroniki xəstəlikləri, o cümlədən astma, ürək-damar xəstəlikləri və immunitetin zəifləməsidir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031