SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağciyər Xəstəlikləri Dispanserinə yeni tibbi avadanlıqlar verilib

Ağciyər Xəstəlikləri Dispanserinə yeni tibbi avadanlıqlar verilib
23-10-2021, 10:37

Cari ildə aparılan yenidənqurma və əsaslı təmir işlərindən sonra dünən “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” publik hüquqi şəxsə yeni tibbi avadanlıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində səhiyyə müəssisələrinin təmir və bərpası, ən müasir avadanlıqla təchiz olunması, şəhər və kəndlərdə yeni ambulatoriya və xəstəxanaların istifadəyə verilməsi bu sahədə aparılan islahatların əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin əsaslı təmiri də bu istiqamətdə aparılan işlərin davamıdır.

Səhiyyə naziri yenidənqurma və əsaslı təmir işlərinin, yeni, müasir tibbi avadanlıqlarla təchizatın “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” publik hüquqi şəxsin fəaliyyətində yeni mərhələnin əsasını qoyacağına, əhaliyə tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə şərait yaradacağına əmin olduğunu bildirib, kollektivə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva, dispanserin stasionar şöbəsinin müdiri İlqar Rzayev, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva yeni avadanlıqların təqdim olunmasına, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Aparılan yenidənqurma işlərindən sonra dispanserdə çarpayı sayı artırılaraq 42-yə çatdırılıb. Dispanser mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Burada 40 balon qoyulub. İntensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti yaradılıb. Hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla, xəstə başı monitorlarla təmin olunub. Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.
Ümumilikdə, 19 palata və 42 çarpayı yeri olan dispanserdə funksional reanimasiya və intensiv terapiya çarpayıları, mebel avadanlıqları yenilənib. Stasionar, dispanser şöbələri və referans laboratoriya, foyelər, dəhlizlər əsaslı təmirdən sonra yeni görkəm alıb. Mərtəbə növbətçiləri, həkim və tibb bacıları üçün rahat şərait yaradılıb.
Həkim-funksionalistlərin kabinələrində qurulmuş stenokardioqram spirometrlər, ümumi qan analizatorları, elektrositlərin çökmə reaksiyasını ölçən cihazlar qan təhlillərinin aparılmasında, diaqnozun qoyulmasında mühüm əhəmiyyət kəsb edir.
Stasionar şöbədə 8 çarpayılıq uşaq və 34 çarpayılıq böyüklər üçün iki bölmə fəaliyyət göstərir. Dispanserə təmirdən sonra spirometr, kompüterlər, elektrokardioramma, inyeksiyomatlar, infuzomatlar, assoslar, yataq başı monitorlar, xəstələrin daşınması üçün təkərli və brezent xərəklər, əlil arabaları, soyuducular, paltaryuyan, ütü, kuşetkalar, ambular, təcili yardım çantası və EÇS təyini aparatı verilib. Dispanserin işçiləri üçün 16 yerlik bufet fəaliyyətə başlayıb.
Dispanserdə təhlükəsizlik kabinələri, termostat, quruducu şkaf, avtoklavlar, mikroskoplar və digər avadanlıqlar xəstələrin müayinə və müalicəsində tibb işçiləri üçün mühüm əhəmiyyət kəsb edir. Buraya müraciət edən xəstələrdə ilkin müayinələr – bəlğəmin, ağciyərlərin rentgenoloji müayinələri və tuberkulin diaqnostika aparılır. Ehtiyac olan hallarda xəstələr əlavə müayinələrə cəlb olunur. Rentgenoloji müayinə üçün stasionar rentgen, rəqəmsal və səyyar rəqəmsal flüoroqrafiya aparatlarından istifadə edilir.
Laboratoriya şöbəsində qanın kliniki və biokimyəvi, bəlğəmin müayinəsi aparılır. Bakterioloji laboratoriya kabinəsində də müasir avadanlıqlar qurulub. Kabinədəki avadanlıqlarla bəlğəmin əkilməsi və bir sıra vərəm əleyhinə dərmanlara həssaslıq təyin olunur. Dispanser tərəfindən Mantu sınağının qoyulması, flüoroqrafik müayinələrin aparılması təqvimə uyğun davam etdirilir.
Qeyd edək ki,ağciyərin və ürəyin fəaliyyətinin bərpasında, tənəffüs funksiyası pisləşən hallarda ağciyərlərə oksigen verilməsində, fizioterapevtik və tənəffüs yolları xəstəliklərində və digər xəstəliklərdə istifadə olunacaq yeni avadanlıqlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır. Dispanserdə görülən bu işlər səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır.

 

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031