17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
Dünyada 3 milyard 160 milyon dozadan çox COVID vaksini vurulub
Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 160 milyonu ötüb.
NAXCİVANXEBERLERİ.COM vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 280 milyon doza ilə dünya ölkələri arasında birinci yerdədir. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 344 milyon 610 min, ABŞ-da 328 milyon 810 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (102 milyon 780 min), Böyük Britaniya (78 milyon 250 min), Almaniya (75 milyon 780 min), Fransa (54 milyon 480 min), İtaliya (52 milyon 680 min), Türkiyə (52 milyon 136 min) və Meksika (46 milyon 450 min) daxildir.
Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (155,99) qərarlaşıb. Bu göstərici üzrə ilk beşlikdə, həmçinin Malta (152,88), Seyşel Adaları (140,92), San-Marino (131,17) və İslandiya (127,58) yer alır. Ümumilikdə 13 ölkədə əhali sayından çox vaksin dozası vurulub.