SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya dərmanının Türkiyədə istehsalı məsələsi müzakirə olunub

Rusiya dərmanının Türkiyədə istehsalı məsələsi müzakirə olunub
5-05-2021, 18:56

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Rusiyada istehsal olunan “Sputnik V” koronavirus vaksininin Türkiyədə istehsal olunması məsələsi müzakirə olunub.

NAXCİVANXEBERLERİ.COM “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Belə ki, koronavirusa qarşı mübarizə məsələsi və Türkiyədə mövcud epidemioloji vəziyyət müzakirə olunub, Rusiya tərəfinin bu sahədə əməkdaşlığı daha da artırmağa hazır olduğu vurğulanıb.

Həmçinin “Sputnik V” vaksininin bundan sonrakı dövrdə Türkiyəyə tədarükü ilə bağlı fikir mübadiləsi də aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930