SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xərçəngin əsas səbəbi bu imiş. Yeni araşdırma

Xərçəngin əsas səbəbi bu imiş. Yeni araşdırma
11-04-2019, 23:46

Dandi Universitetinin (Böyük Britaniya) alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, xərçəngin əsas səbəbi immun sisteminin zəiflənməsidir.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-lərə istinadla bildirir ki, alimlər xərçəngdən əziyyət çəkən 2 mln. (!) insanın məlumatlarını araşdırdıqdan sonra belə nəticə çıxarıblar.

PNAS jurnalında dərc olunmuş məqalədə alimlər qeyd edir ki, xərçəng xəstəlikləri ilə uğurlu şəkildə mübarizə etmək üçün ilk növbədə immuniteti yüksək səviyyədə saxlamaq lazımdır.

Alimlər araşdırıblar ki, bədxassəli hüceyrələrin əmələ gəlməsi və yayılması timusla (çəngəlvari vəz) bağlıdır. Timus immun sisteminə aid olan orqandır. Timus T-limfositlərin sintezində böyük rol oynayır. T-limfositlər o cümlədən orqanizmdə əmələ gələn anomal hüceyrələri tapır və onları zərərsizləşdirir.

Timus insan həyatının ilk illəri ərzində çox intensiv şəkildə işləyir. 30 yaşına yaxın onun fəaliyyəti azalır, 40 yaşında isə timusun fəaliyyəti dayanır.

Alimlərin fikrinə görə, əgər xərçənglə immunitetin əlaqəsi təsdiq olunsa, bu o demək olacaq ki, bu vaxta qədər xərçəng düzgün müalicə olunmurdu.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930