SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST

Koronavirusun mutasiyalarının gözlənilməz olduğundan qorunma tədbirləri davam etdirilməlidir - ÜST
4-03-2021, 13:29

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarının gözlənilməz olduğundan virusa qarşı qorunma tədbirlərinin davam etdirilməsinə çağırır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuyanoviç deyib.

M.Vuyanoviç bildirib: "Yeni mutasiyalar bütün laboratoriyaların ciddi nəzarəti altındadır. Rusiyada da genetik tədqiqatlar aparılır. <...> Hansı mutasiyaların olacağını və mutasiyalara nələrin səbəb olacağını heç kim qabaqcadan görə bilməz, bu səbəbdən qorunma tədbirlərin davam etdirilməsi çox vacibdir".

ÜST-nin nümayəndəsi qeyd edib ki, tibbi maskalardan istifadə, şəxsi gigiyena və sosial məsafə pandemiya ilə mübarizədə zəruri tədbirlərdir: "Mümkün olan hər şeyi etmək çox vacibdir: həm peyvəndlər, həm fiziki məsafə, həm gigiyena, həm də maskalar, çünki virusun yayılmasını dayandırmalıyıq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930