SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim

Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
2-03-2021, 12:51

İnsan COVİD-19-a qarşı vaksin vurdurduqdan sonra özünü psixoloji olaraq rahat hiss edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu  "Yeni klinika"nın həkim anestezioloq-reanimatoloqu Təbriz Naibov deyib.

Onun sözlərinə görə, artıq COVİD-19-a qarşı peyvəndin iki dozasını da vuraraq vaksinasiya prosesini tamamlayıb:

"Hər iki dozanı vurdurduqdan sonra özümü yaxşı hiss etmişəm. Heç bir mənfi təsir müşahidə edilməyib. Yanaşı xəstəliyi olan bəzi şəxslər vaksin vurdurmaqdan qorxurlar. Deyirlər ki, şəkərim, təzyiqim var, birdən vaksini vurdursam, vəziyyətim pisləşər. Amma vaksini elə ilk növbədə belə şəxslər vurdurmalıdırlar. Çünki virusa yoluxarlarsa, xəstəliyi ağır keçirə bilərlər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930