SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini

Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
1-03-2021, 11:08

Vaksinasiya prosesi yüksək səviyyədə davam edir, gündəlik 50-100 arası şəxs peyvəndləmədən keçir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O qeyd edib ki, poliklinikada həkimlərin ikinci doza vaksinasiyası da yekunlaşıb:

"Yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndləməsi həyata keçirilib. Bugünə kimi poliklinikamızda təxminən 1050 nəfər vaksinasiya olunub".

Ş.Quliyev bildirib ki, vaksinasiya olunan şəxslər arasında heç bir mənfi təsir qeydə alınmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930