SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maska 2022-yə qədər həyatımızda olacaq – Professor

Maska 2022-yə qədər həyatımızda olacaq – Professor
27-02-2021, 18:00

Maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyik.

NAXCİVANXEBERLERİ.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Dicle Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin deyib. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.
“Maskaları həyatımızdan çıxarmaq hələ tezdir. Yoluxma sayı azalsa da, sıfra enməyib. Virusun yeni mutasiyalarının yayıldığını da nəzərə alsaq, qorunmaq üçün maskaları taxmağa davam etməliyik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı kimi, pandemiya 2022-ci ilin əvvəllərinə qədər davam edəcək.

Yaxınlarda məhdudiyyətlərin yumşalması gözlənilir. Normal və maskasız həyat üçün hamımız darıxmışıq, lakin görünən odur ki, bu xəstəlik tamamilə yox olmayacaq. Odur ki, maska və digər karantin qaydalarına qarşı həssas olmalıyıq. Əhalinin 70 faizində immunitet yarandığı, eyni zamanda yoluxma sayı kəskin şəkildə aşağı düşdüyü halda maskaların həyatımızdan çıxması gündəmə gələ bilər”, – ekspert açıqlamasında vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930