SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə start verilib

Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə start verilib
3-04-2019, 09:46

“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində aprelin 2-dən 25-dək cari mövsümün dərin tibbi müayinələri keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcəklər.
Bu məqsədlə müxtəlifixtisaslı həkimlərdən ibarət briqada təşkil olunub. Dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə start verilib. İlk gün 397 şagird dərin müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit və digər xəstəliklər aşkarlanıb, lazımi müalicə tədbirləri təşkil olunub. Muxtar respublikanın rayonlarında da məktəbəqədər və məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930