SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST rəhbəri zəngin ölkələri peyvəndlərin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb

ÜST rəhbəri zəngin ölkələri peyvəndlərin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb
24-02-2021, 14:00

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yüksək gəliri olan ölkələri koronavirus peyvəndlərinin bir hissəsini COVAX mexanizminə bağışlamağa çağırıb.

NAXCİVANXEBERLERİ.COM-un "TASS"a istinadən verdiyi məlumata görə, bu çağırışı ÜST-nin Baş direktoru onlayn tədbirdə çıxışı zamanı edib.

A.Qebreyesus bildirib: "Dünyada COVID-19-a qarşı 210 milyon peyvənd edilib, lakin bunların yarısı yalnız iki ölkədə, digər yarısının isə 80 faizi 10 ölkədə istifadə edilib". Onun sözlərinə görə, 200-dən artıq ölkə hələ bir doza belə peyvənd istifadə etməyib.

Baş direktor qeyd edib ki, aprelin 7-si Ümumdünya sağlamlıq gününün mövzusu "daha sağlam və ədalətli dünyanın quruluşu" olacaq: "Lakin bu mövzunun sadəcə şüar deyil, reallıq olması üçün zəngin ölkələrin və vaksin istehsalçılarının təcili hərəkətə keçməsi lazımdır".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930