23:30 - Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
22:54 - İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
21:46 - Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif idman növləri üzrə yarışlara start verilib
21:17 - Üç növdə şəhər birinciliyi keçirilib
20:40 - “Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
20:33 - Babək rayonunda maarifləndirici tədbir keçirilib
20:27 - Ucqar dağ kəndinin yeni mənzərəsi
19:47 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:15 - Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
19:01 - Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar keçirilib
18:43 - Ermənistan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirir
18:14 - Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
18:05 - Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
17:59 - Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Bu günə qədər 200 mindən artıq vətəndaş vaksinasiya edilib - Nazirlik
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir:
"Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik.
Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.
Unutmayaq ki, bütün dünyaya yayılmış COVID-19 xəstəliyinə qalib gəlmək üçün qısa zamanda kollektiv immunitet qazanılmalıdır. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkəmizdə yayılan COVID-19 pandemiyasının sönməsinə səbəb olacaq".