20:28 - Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
19:35 - Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb
19:03 - NDU tələbələri arasında Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
18:43 - Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
18:21 - Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
18:07 - “Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindən biridir”
17:58 - “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:30 - Yerevanda etirazçılar yolları bağlayır
17:21 - Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
17:11 - Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
17:06 - Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb
17:00 - Şahbuz rаyоnundа mааrifləndirici tədbirlər dаvаm еdir
16:55 - Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:49 - Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
16:47 - Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”
Naxçıvanda Vətən müharibəsi iştirakçıları, şəhid ailələri hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu gün muxtar respublikamızda da Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası davam etdirilir. Artıq məlum olduğu kimi, bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərərçəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda müvafiq kateqoriyadan olan 10 nəfər istifadə edir və həmin şəxslərə mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidmətləri göstərilir. Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə nazirliyin rəsmi internet saytı – sosial.nmr.az-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər. Bununla yanaşı, bu günlərdə nazirliyin saytında, “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb edilən sənədlər və digər zəruri informasiyalarla tanış olmaq imkanına malikdirlər. Bu bölmə sual-cavab formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə etməklə hazırlanıb.