SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST: Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır

ÜST: Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır
22-02-2021, 20:22

Dünyanın hər hansı bölgəsində koronavirusa qarşı peyvəndləmənin aparılmaması və ya yubadılması həmin xəstəliyin yeni növlərinin yayılmasına, mövcud dərmanların təsirini heçə endirməsinə gətirib çıxara bilər.

NAXCİVANXEBERLERİ.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə videosöhbətindən sonra jurnalistlərlə görüşü zamanı bildirib.

Suallara cavab verən təşkilat rəhbəri qeyd edib ki, bütün ölkələrdə peyvəndləmənin başlaması dünyanın ümumi mənafeyinə uyğundur.

“Bu virus hər yerdə məğlub edilməsə, biz onu dünya miqyasında məğlub edə bilmərik. Peyvəndləmənin keçirilməyəcəyi, yaxud təxirə salınacağı hər hansı yerlər koronavirusun yeni-yeni növlərinin çoxalması üçün meydana çevriləcək. Belə olarsa, tətbiq etdiyimiz dərmanlar faydasız ola bilər”, - diplomat vurğulayıb.

O həmçinin inkişaf edən ölkələrdə peyvəndləmənin aparılmaması səbəbindən həm də yüksək gəlirli ölkələr üçün ciddi problemlər yaranacağını dilə gətirib. Bununla bağlı o, həmin dövlətləri öz vətəndaşları ilə yanaşı, dünyanın bütün sakinlərinin də peyvəndlənməsinin vacib olduğunu başa salmağa çağırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031