SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir - TƏBİB

Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir - TƏBİB
22-02-2021, 15:21

Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndi "COVID-19"-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

TƏBİB-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektivliyini yoxlamaq üçün kliniki sınaqlarını aparıb və nəticə uğurlu olub.

Mərkəz rəhbəri "Sinovac" şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğuna da diqqət çəkib. Bildirib ki, inaktivləşmiş bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31