SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST peyvəndin koronavirusun yeni növlərinə qarşı effektivliyindən narahatdır

ÜST peyvəndin koronavirusun yeni növlərinə qarşı effektivliyindən narahatdır
5-02-2021, 14:12

“Peyvəndlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi böyük narahatlıq doğurur”.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge “Frans-Presse” agentliyinə müsahibəsində deyib.

O, koronavirusun başqa, daha problemli mutasiyalarının yaranmasının mümkün olduğunu bildirib.

H.Klügenin sözlərinə görə, Avropa birgə səylərlə vaksinasiya kampaniyasını sürətləndirməlidir.

“Prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən rəqabət aparan əczaçılıq şirkətləri birlikdə istehsal gücünü kəskin şəkildə artırmalıdırlar. İndi məhz buna ehtiyacımız var”, - H.Klüge vurğulayıb.

Xatırladaq ki, ÜST-nin Fövqəladə Vəziyyətlər Komitəsi yanvarın 14-də keçirilən iclasında ölkələri koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin mutasiya edən patogenlərinin genomik ardıcıllığı ilə əlaqədar elmi araşdırmaları genişləndirməyə, habelə mövcud məlumatları digər dövlətlərlə bölüşməyə çağırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31