SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub

Azərbaycanda 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub
28-01-2021, 17:12

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 060, ötən müddət ərzində isə ümumilikdə 2 387 134 test aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31