SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir

Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
27-01-2021, 14:12

Tarixin ən irimiqyaslı vaksinasiya kampaniyası çərçivəsində koronavirusa qarşı bu günədək 57 ölkədə 71,3 milyondan çox şəxs peyvənd olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyinin araşdırmasında deyilir.

Qeyd olunur ki, sutka ərzində dünyada 3,5 milyon insana peyvənd vurulur.

Peyvəndləmə sayına ABŞ liderlik edir. Bu ölkədə bu günədək 24,4 milyon nəfər və ya əhalinin 7,45 faizi peyvəndlənib. Çində 15 milyon nəfərə, Avropa İttifaqında isə 9,7 milyon nəfərə peyvənd vurulub.

İsraildə isə 4,04 milyon nəfər peyvəndlənib ki, bu da ölkə əhalisinin 44,6 faizini təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31