00:30 - Günün qoroskopu
23:30 - İnstaqramda yeni funksiya yaradılır
22:41 - Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
22:28 - Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
21:40 - Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
21:07 - Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
20:32 - Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
19:56 - Mövsüm mərasimlərindən ikinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi
19:48 - "Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
19:39 - Azərbaycanda zəlzələ olub
18:55 - Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
18:41 - Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur - Akif Qurbanov
TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı vaksinləri istifadə etməkdən çəkinən insanlara müraciət edib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, A.Qurbanov deyib ki, istənilən yoluxucu xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yol vaksindir:
"Bizim hər birimiz uşaq olarkən qızılca, difteriya və s. xəstəliklərə görə peyvənd edilmişik. Qızılca əleyhinə vaksinlərin tərkibində zəiflədilmiş qızılca virusları var. Vərəm əleyhinə vaksinlər bizə hələ doğum evində ikən - həyatımızın birinci həftəsində vurulur. COVİD-19-a qarşı olan vaksinlərin tərkibində isə öldürülmüş və ya zəiflədilmiş COVİD-19 virusu var".
A.Qurbanov əlavə edib ki, bu vaksinlərin heç biri orqanizmdə virusa bərabər olmur. Sadəcə olaraq, vaksin vurulduqdan sonra virusa qarşı qoruyucu müdafiə immuniteti - antitel və ya anticisimlər yaranır. Bu anittellər orqanizmə kənardan daxil olan virusları zərərsizləşdirilir və insanları virusdan qoruyur.