SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir
18-01-2021, 10:30

Azərbaycan ərazisində pandemiya başladığı dövrdən (2020-ci il 28 fevral tarixində ölkədə COVID-19-un ilk müsbət halı qeydə alınmışdır) 2021-ci ilin yanvar ayının 15-dək 226.549 nəfər virusa yoluxub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.

Qeyd olunub ki, yoluxanlar arasında xəstəliyi ağır keçirənlər 6 faiz, ölüm halı isə 1,1 faiz təşkil edir: “Yanaşı xroniki xəstəlikləri, zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan, ağır çəkili və immunsupressiv dərman istifadə edən və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksəkdir. Bu baxımdan əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930