12:45 - Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
12:37 - Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı
12:30 - Bir ananın monoloqu...
12:18 - Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
12:09 - Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
11:49 - Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
11:42 - Azərbaycanda peyvənd olunanların sayı 400 mini ötüb
11:30 - Çempionlar Turu: Rəcəbov və Məmmədyarov iştirakçılar sırasında - SİYAHI
11:20 - Aliment Fondunun yaradılması təklif edilir
11:08 - Milli Məclisin iclası başlayıb
10:53 - Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatdı
10:42 - Naxteldən bir çox yeniliklər
10:41 - Ermənistan UNICEF-in ölkədəki nümayəndəsinin mandatını dayandırıb
10:29 - Operativ vergi nəzarəti tədbirləri davam etdirilir
10:19 - Almaniyada azərbaycanlı gənc həkimlər və rezidentlər üçün təqaüd ayrılacaq
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Yoluxanların sayının azalması test sayının azalması ilə bağlı deyil, buna şübhə yaranmamalıdır.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 9700-dən çoxdur.
Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxmaların sayı azalıb, sağalanların sayı artıb. Artıq yeni yoluxanlarla sağalanların sayı arasında 3-4 dəfə fərq var: “Bu, bizim üçün çox önəmlidir. Sərtləşdirilmiş karantin rejimi reanimasiya şöbələrindəki dolu çarpayıların sayının azalmasına səbəb olub”.
Y.Qarayeva bildirib ki, ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib: ”Bu, karantin rejiminin sərtləşdirilməsi və vətəndaşların qaydalara daha yaxşı əməl etməsinin nəticəsidir. Vətəndaşlar qaydalara ciddi şəkildə riayət edirlər”.