21:52 - Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
21:08 - Naxçıvan dünən və bu gün
21:01 - Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
20:35 - Muxtar respublikada mülki müdafiə işinin təşkili diqqət mərkəzində saxlanılır
20:18 - Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
20:16 - Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
20:05 - Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
19:32 - Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
18:26 - Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır
17:55 - Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
17:30 - Erkan Özoral: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"
17:21 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:12 - Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimiz müalicəyə cəlb olunması, onlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməsi məqsədilə yanvarın 14-dən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya start verilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, aksiyada şəhidlərin ailə üzvləri, Vətən müharibəsində iştirak edən və yaralanan qazilərimiz və onların ailə üzvləri heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, zərurət yarandıqda ambulator müalicə, kiçik və böyük ölçülü cərrahi əməliyyatlara cəlb olunublar. Uroloji, terapevtik, kardioloji, rentgenoloji, laborator müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, təyinat və məsləhətlər verilib.
Aksiyada iştirak edən Vətən müharibəsi qazisi Elşad Heydərov bildirib ki, onun cərrahi müdaxiləyə ehtiyacı var idi. Sosial şəbəkələrdə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində belə bir aksiya keçiriləcəyindən xəbər tutub. Aksiyanın yüksək səviyyədə təşkili onun da kiçikölçülü göz əməliyyatına imkan verib və aparılan əməliyyatdan sonra özünü yaxşı hiss edir.
Müayinə və müalicələrlə əhatə edilən Səyyad İbrahimov, Yaqub Cəfərov, Zərəfşan Bağırova, Nüsrət Əhədov və başqaları da onlara göstərilən bu xidməti dövlətimizin şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə diqqət və qayğısının parlaq ifadəsi kimi dəyərləndirərək, belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Əhalinin dərin rəğbətini qazanan bu tədbir iki gün davam edəcəkdir.
X X X
Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Doğum Mərkəzinin həkim və tibb işçiləri də Şərur rayonunda humanitar tibbi aksiya keçiriblər. Aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.
Aksiya müddətində 54 qadın ambulator müayinələrlə əhatə olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının 35 nəfərlik həkim briqadası 3 nəfər üzərində cərrahi müdaxilə aparıb.
Aksiyada iştirak edən sakinlər onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.